Eyvandan yıxılan ruhi xəstə 20 gün sonra öldü
08 aprel 2020 09:32 (UTC +04:00)

Eyvandan yıxılan ruhi xəstə 20 gün sonra öldü

Bakıda eyvandan yıxılan şəxs xəstəxanada dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, hadisə martın 19-da, Xətai rayonu, Gəncə prospektində qeydə alınıb. Eyvandan yıxılaraq Sabunçuda yerləşən 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən Zeynalov Əbdüləhəd Ağahüseyn oğlu dünən saat 12 radələrində orada ölüb.

Meyit daxili müayinə üçün məhkəmə-tibbi ekspertiza ə patoloji anotomiya birliyinin Xətai rayon şöbəsinə təhvil verilib.

Onun uzun zamandır psixi xəstəlikdən əziyyət çəkdiyi və 2 saylı Psixiatriya Xəstəxanasında müalicə aldığı bildirilir.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

# 1756
avatar

Mehman Nəbiyev

Oxşar yazılar