Türkiyədə hərbi zavodda partlayış oldu
07 aprel 2020 17:05 (UTC +04:00)

Türkiyədə hərbi zavodda partlayış oldu


Türkiyənin paytaxtı Ankara şəhərində hərbi zavodda partlayış baş verib.

APA “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir özünün “Twitter” hesabında yazıb: “Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin nəzdindəki “Roketsan” zavodunda qeydə alınmış partlayış nəticəsində ölən olmayıb”.

Ankara Valiliyi isə Almadağ rayonunda yerləşən zavodda baş verən partlayış nəticəsində  3 nəfərin yüngül xəsarət aldığını açıqlayıb.

# 1001
avatar

Oxşar yazılar