Köçəryan Paşinyanı məhkəməyə verdi
07 aprel 2020 14:30 (UTC +04:00)

Köçəryan Paşinyanı məhkəməyə verdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu barədə Məhkəmə departamentinin mətbuat xidməti məlumat yayıb. 

Robert Köçəryan şərəf və ləyaqətinin müdafiəsi tələbi ilə açıq şəkildə ifadə olunan böhtandan qorunmasını tələb edən bir iddia qaldırıb. 

İddia aprelin 3-də baxılması üçün Yerevan ümumi yurisdiksiya məhkəməsinin hakimi Tiqran Qriqoryan'a təqdim ediloib.

# 962
avatar

Oxşar yazılar