Pandemiya dövründə onkoloji xəstələrdə şüa mü­a­licəsi necə aparılmalıdır?
06 aprel 2020 15:26 (UTC +04:00)

Pandemiya dövründə onkoloji xəstələrdə şüa mü­a­licəsi necə aparılmalıdır?

Dünyada qlobal bəlaya çevrilən koronavirus (COVID-19) pandemiyası şə­ra­i­tində Milli Onkologiya Mərkəzinin əməkdaşları, o cümlədən şüa müalicəsi və tib­bi fizika şöbələrinin kollektivi bədxassəli şiş diaqnozu qoyulmuş xəstələrə radio­te­ra­­piya apaılmasında fasilə verməyiblər.

e-tibb.az xəbər verir ki, bu barədə Milli Onkologiy Mərkəzinin (MOM) Şüa müalicəsi şöbəsinin rəhbəri, professor  İsa H. İsayevin məqaləsində bildirilir.

Qeyd olunub ki, xəstələrin və tibb personalının virusa yoluxma, başqalarını yoluxdurma riskinin minimuma endirilməsi nəzərə alınmaqla apaılan şüa müaicəsinin həyata keçirilməsində dünyanın apaıcı klinikalarının, beynəlxalq cəmiyyətlərin (ASTRO,ESTRO və s.) hazırlanmış müfafiq alqoritmlər, on­ların təcrübələrindən geniş istifadə edilir.

Bu məsədlə Atom Enerjisi üzrə Beynəlxal Agentlik (İAEA) tərəfindən “COVİD 19 və Radioterapiya şö­bə­lərinin hazırlığı: yaxşı təcrübəyə doğru həmrəylik (COVID-19 Preparedness for Radiotherapy Departments: Towards Consensus on Best Practices)” mövzu­sun­da Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şö­bəsinin həkimləri və tibbi fiziklərinin də iştirak etdiyi beynəlxalq vebinar (onlayn konfrans) keçirilib.

Dünyanın bütün qitələrindən 1200-dən çox mütə­xəs­sisin (radioterapevt və tibbi radiasion fiziklər) iştirak etdiyi vebinarı  aparmaqda mə­q­səd  COVID-19 pandemiyası zamanı radioterapiya xidmətləri ilə bağlı mütə­xəs­sislərin öz təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq olub.

Vebi­nar­da olduqca çətin pandemiya şəraitində çalışan italiyalı həkim Dr.Pierfrancesco Franco çıxışı böyük maqala izlənilib.

Onlayn konfransda şüa müalicəsinə gös­tə­riş olan xəstələdə radioterapiyanın fərdi və situasion faktorları nə­zə­rə olmaqla apaılma vaxtının seçilməsinin müzakirəsində yekdilliklə qəbul olunmuşdur ki, şüa müali­cə­ni o halda təxirə salına bilər ki, bu konkret xəstənin  müalicəsinin effektiv­li­yinə  mən­fi təsir etmir. Müalicənin təxirə salınması mümkün olmayan hallarda isə xəstə­lərin şüa mü­a­licəsi koronavirusa qarşı ciddi qoruyucu tədbirlər çərçivəsində aparılmalıdır.

Virusa yoluxmaq və digər xəstələri yoluxdurmaq riskini minimuma endirmək üçün  bu xəstələrə radioterapiya hökmən xəstəxanada stasionar şəraitdə həyata keçirilməlidir. Birincili və ya müalicəyə davam edən xəstələrin seçimində tibbi göstərişlərə uyğun prioritet qoyuluşu, xəstələrin sayının məhdudlaşdırılması mə­sə­lələri müzakirə edilib.

Paneldə xəstələrin, tibb personalının və digər­lə­ri­nin yoluxmadan qorunma ilə bağlı strategiyalar, kadrların dəyişdirilməsi, teleme­di­si­na­dan  istifadə, dezinfeksiya, COVID pozitiv və ya şübhəli COVİD xəstələrinin mü­­ali­cəsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Konfransda bədxassəli şiş prose­si­nin lokalozadiyası, mərhələsi və s. digər faktları nəzərə almaqla  mövcud şüa müalicəsi protokollarına (doza-texnika-fraksiya) dəyişiklik edilməsi, hipofraksiyalı ra­dioterapiya rejimlərinə üstünlük verilməsi,  avadanlıqlara texniki xidmət, klinik təd­qiqatlardakı xəstələr də daxil olmaqla radioterapiya təcrübəsində mümkün ola bilən modifikasiyaları müzakirə edilib. Eyni zamanda,  mütəxəssislər  tibb per­so­­na­lı və xəstələr üçün psixoloji dəstək problemləri ətrafında fikir mübadiləsi apar­ıblar. 

Bütün iştirakçılar yekdilliklə bu qərara gəliblər ki,  onlayn konfranlar gələ­cəkdə də mütəmadı olaraq həyata keçirilsin.

Qeyd olunub ki, dünyanın aparıcı klinikaların radiason onkoloq və tibbi ra­diasion fiziklərinin iştirakı ilə həyata keçirilən fikir mübadiləsi (vebinar) mürək­kəb koronavirus (COVİD 19) pandemiyası şəraitində çalışan Milli Onkologiya Mər­kəzinin əmək­daş­larınındaha səmərəli işləməsinə boyük dəstək olacaq.

# 691
avatar

Oxşar yazılar