Bakıda taksi sürücüsünə qarşı quldurluq edildi
06 aprel 2020 14:44 (UTC +04:00)

Bakıda taksi sürücüsünə qarşı quldurluq edildi

Bakının Suraxanı rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə sürücü, Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edib. O, etdiyi müraciətində bildirib ki, aprelin 5-də saat 2 radələrində, qəsəbə ərazisində onun “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturan 2 nəfər onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb gedib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır. 

# 875
avatar

Mehman Nəbiyev

Oxşar yazılar