Metil spirtindən zəhərlənib ölənlərin sayı AÇIQLANDI
06 aprel 2020 10:23 (UTC +04:00)

Metil spirtindən zəhərlənib ölənlərin sayı AÇIQLANDI

“Mart ayının 22-dən indiyədək metil spirtindən zəhərlənmə ilə bağlı 13 müraciət olub”.

Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, müraciət edənlər arasında uşaqlar və qadınlar olmayıb:

“Onların hamısı kişi olub. Zəhərlənənlərdən 8-i isə ölüb. Hazırda mərkəzdə bununla bağlı heç kəs yoxdur. 

Qeyd edim ki, sonuncu ölüm hadisəsi dünən axşam baş verib”.

# 1111
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar