Koronavirus can almaqda davam edir: Son 24 saatda 5647 nəfər öldü
06 aprel 2020 10:07 (UTC +04:00)

Koronavirus can almaqda davam edir: Son 24 saatda 5647 nəfər öldü

Son sutka ərzində dünyada koronavirusdan ölənlərin statistikası açıqlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ötən gün virusdan 5647 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 69478-ə çatıb. Son 24 saat ərzində isə 72 min virusa yoluxub və beləcə dünya üzrə yoluxanların sayı 1 milyon 274 minə yüksəlib.

Ən çox yoluxma sayı isə ABŞ-da qeydə alınıb. Bu ölkədə ötən sutka ərzində 33 712 nəfər koronavirusa yoluxub. Bununla da Birləşmiş Ştatlarda virusa yoluxanların sayı 312249-a çatıb. ABŞ-da təkcə ötən gün ərzində 1340 nəfər ölüb. Nəticədə ölkə üzrə koronavirusdan ölüm sayı 9618-ə yüksəlib.

# 1251
avatar

Mehman Nəbiyev

Oxşar yazılar