Almaniya klubu məşqlərə başladı
03 aprel 2020 17:20 (UTC +04:00)

Almaniya klubu məşqlərə başladı

Almaniyanın “Şalke” klubu koronavirus pandemiyası ilə bağlı yaranan fasilədən sonra ilk məşqinə çıxıb.

Apasport.az saytının məlumatına görə, Helzenkirhen təmsilçisinin futbolçuları meydanda 2-3 nəfərlik qruplarla hazırlıq keçib.

Bundesliqa klubu yaxın günlərdə ümumi qrup şəklində məşq keçməyi planlaşdırır. Almaniyanın bir neçə digər komandası da bu günlərdə məşqləri bərpa etməyə hazırlaşır.

Qeyd edək ki, Almaniya çempionatı koromavirus pandemiyası ilə əlaqədar aprelin 30-na qədər dayandırılıb.

# 674
avatar

Oxşar yazılar