Hansı hallarda yaşayış yerlərini icazəsiz tərk edə bilərik? – RƏSMİ CAVAB - VİDEO
02 aprel 2020 23:04 (UTC +04:00)

Hansı hallarda yaşayış yerlərini icazəsiz tərk edə bilərik? – RƏSMİ CAVAB - VİDEO

Xəbər verdiyimiz kimi, vətəndaşlar xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 nömrəsinə müraciət edə bilər. 

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiq olunacağını bildirib. 

Bəs evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənləri nə gözləyir?  SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait kimin hesabına ödəniləcək? Yaxın qohumun vəfat etməsi zamanı yaşayış yerini necə tərk etmək olar? 

Lent.az bildirir ki, bütün bu sualların cavabını səlahiyyətli şəxslər Azərbaycan Televiziyasında (AzTV) "Hədəf" verilişində cavablayıblar.

Həmin verilişin videosunu təqdim edirik: 

# 7822
avatar

Oxşar yazılar