Dünyada koronavirusdan ölənlərin sayı 40 minə yaxınlaşır
31 mart 2020 14:03 (UTC +04:00)

Dünyada koronavirusdan ölənlərin sayı 40 minə yaxınlaşır

İlk dəfə Çinin Uhan şəhərində meydana çıxan və hazırda bütün dünyaya yayılan koronavirus epidemiyası insanları öldürməkdə davam edir.

Lent.az xəbər verir ki, son məlumta görə, dünyada virusdan ölənlərin sayı 37829-a çatıb. Yoluxanların sayı isə artıq 787 mini ötüb.

İspaniyada yeni növ koronavirusdan həyatını itirənlərin sayı 8189-a yüksəlib. İranda həyatını itirənlərin sayı isə 2898-ə çatıb.

 

 

# 649
avatar

Aygün İbrahimli

Oxşar yazılar