Əhaliyə koronavirusla bağlı maarifləndici materiallar təqdim olunub  - FOTO
31 mart 2020 13:42 (UTC +04:00)

Əhaliyə koronavirusla bağlı maarifləndici materiallar təqdim olunub - FOTO

Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) maarifləndirici aksiya keçirib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə,  aksiya çərçivəsində Bakı şəhərininin iri supermarketlərinə maarifləndirici materiallar paylanılıb. Koronaviruslar, bu virusların törətdiyi təhlükəli COVID-19 xəstəliyinin simptom və əlamətlərinə dair məlumat və bu yoluxucu xəstəlikdən qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu vərəqələr marketlərin girişinə vurulub.

Eyni zamanda, marketdən alış-veriş edən müştərilərə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına riayət etməyin vacibliyi, düzgün əlyuma və tibbi maskadan istifadə qaydaları, yoluxucu COVID-19 xəstəliyini qrip və soyuqdəymədən fərqləndirən xüsusiyyətlərə dair buklet və vərəqələr təqdim edilib.

Maarifləndirici çap materialları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də təqdim olunub.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafik məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib.

Materiallara əlçatanlığın təmin edilməsi məqsədi ilə nəşrlər www.koronavirusinfo.az portalında və İSİM-in saytında yaradılan (www.isim.az ) koronovirus barədə məlumat bazasında yerləşdirilib.

 

# 1015
avatar

Aygün İbrahimli

Oxşar yazılar