"KamAz"la toqquşan "Ford"un sürücüsü son anda xilas edildi
31 mart 2020 11:33 (UTC +04:00)

"KamAz"la toqquşan "Ford"un sürücüsü son anda xilas edildi

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, şəhər mərkəzində “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

 

 

 

# 498
avatar

Oxşar yazılar