“Azərişıq”dan vətəndaşlara ÇAĞIRIŞ
31 mart 2020 11:16 (UTC +04:00)

“Azərişıq”dan vətəndaşlara ÇAĞIRIŞ

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirir.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə “Facebook” və “Instaqram” vasitəsilə canlı bağlantı, eləcə də WhatsApp üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

Eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini  “199” Çağrı Mərkəzinə və ya  info@azerishiq.az elektron ünvanına göndərə bilərlər.

Məlumatda bildirilir ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur: “Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır.

Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi  haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər. Ona görə də istehlakçılarımıza öz təşəkkürümüzü bildiririk.

 

 

 

# 2965
avatar

Aygün İbrahimli

Oxşar yazılar