Bakıda karantin rejimini pozan bu qədər adam cərimələndi
31 mart 2020 10:59 (UTC +04:00)

Bakıda karantin rejimini pozan bu qədər adam cərimələndi

Bakı polisi martın 30-da 31 cinayətin üstünü açıb.

Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 12 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 8 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 313 nəfərə, o cümlədən 20 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

 

# 1198
avatar

Mehman Nəbiyev

Oxşar yazılar