Bir ailənin 17 üzvü dəfndə koronavirusa yoluxdu
31 mart 2020 10:37 (UTC +04:00)

Bir ailənin 17 üzvü dəfndə koronavirusa yoluxdu

 

İngiltərədə bir ailənin 17 üzvü COVID-19 pnevmoniyasından ölən qohumlarından birinin dəfn mərasimində iştirak edəndən sonra koronavirusa yoluxub.

Lent.az xarici mediaya istinadla bildirir ki, 86 yaşlı Şeyla Bruks fevralın 9-da koronafirusa yoluxaraq ölüb. Çoxsaylı ailə üzvlərinin iştirak etdiyi dəfn mərasimi martın 13-də keçirilib. Bir neçə gün sonra mərasimdə iştirak edən 65 yaşlı qardaşı oğlu Syuzan Nelson reanimasiyaya düşərək ölüb. Onun da ölümünün ilkin səbəbi kimi koronavirusa yoluxması olduğu bildirilib.

Bruksun dəfnindən sonra COVID-19-un əlamətləri ailənin daha 16 üzvündə ortaya çıxıb. Onların arasında Nelson Amandanın 34 yaşlı qızı da var. 

Ailənin bütün üzvləri koronavirus əlamətləri ilə evdə təcrid olunmuş vəziyyətdədir. 

Martın 30-na olan məlumata görə, Böyük Britaniyada koronavirusa 19,6 min yoluxma qeydə alınıb, 1230 nəfər ölüb.

 

# 1662
avatar

Oxşar yazılar