Koronavirus Suriyada da ortaya çıxdı
31 mart 2020 11:19 (UTC +04:00)

Koronavirus Suriyada da ortaya çıxdı

Yeni növ koronavirus epidemiyası 9 ildir müharibə şəraitində yaşayan Suriyada da ortaya çıxıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik bu ölkədə yeni virusa 10 insan yoluxub. Amma rəqəmin ehtimal edildiyindən çox olduğu düşünülür.

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi təmsilçisi Geir Pedersan Suriyanın koronavirus epidemiyasının qarşısnı ala bilməyəcək qədər risk altında olduğunu açıqlayıb.  

 

 

# 733
avatar

Aygün İbrahimli

Oxşar yazılar