ABŞ-da hərbçi koronavirusdan öldü
31 mart 2020 09:01 (UTC +04:00)

ABŞ-da hərbçi koronavirusdan öldü

ABŞ ordusunda koronavirusa yoluxanlardan ilk ölüm hadisəsi qeydə alınıb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper açıqlamasında bildirib.

O qeyd edib ki, ölən hərbi qulluqçu Milli Qvardiyada xidmət edib.

"Bu, hərbi ictimaiyyətimiz üçün acınacaqlı bir itkidir. Ailəsinə, dostlarına, mülki həmkarlarına  bütün Milli Qvardiya adından başsağlığı veririk", deyə nazir əlavə edib.

Xatırladaq ki, son məlumatlara görə, ABŞ ordusunda 569 hərçi koronavirusa yoluxub.

# 643
avatar

Oxşar yazılar