ABŞ-da koronavirusdan ölənlərin sayı bir gündə 500-ü keçdi - İLK DƏFƏ
31 mart 2020 03:50 (UTC +04:00)

ABŞ-da koronavirusdan ölənlərin sayı bir gündə 500-ü keçdi - İLK DƏFƏ


 

ABŞ-da ilk dəfə gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 500 nəfəri keçib. 

APA-nın xəbərinə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarındakı mənbəyə əsaslanaraq CNN telekanalı məlumat yayıb.

Telekanalın hesablamalarına görə, ABŞ-da gün ərzində koronavirusdan ölnlərin dəqiq sayı 502 nəfər, ölənlərin ümumi sayı isə 2931-dir. 

“Johns Hopkins” Universitetinin məlumatında isə bildirilir ki, ABŞ-da ümumilikdə 160 mindən çox koronavirusa yoluxub. Bu günədək 2978 nəfər ölüb, 5644 nəfər sağalıb.

 

# 1038
avatar

Oxşar yazılar