564
01:27
31 Mart 2020

Bu ölkədə koronavirusla əlaqədar məmurların məvacibləri azaldıldı

Paraqvay hökuməti dövlət aparatında yaradılmış koronavirusla mübarizə fonduna əlavə vəsait ayırmaq məqsədilə məmurların məvaciblərinin 20% azaldılması barədə qərar qəbul edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Paraqvay Prezidenti Mario Abdo Benitez bildirib ki, məqsəd koronavirusla mübarizə fonunda səhiyyə sektorunun gücləndirilməsidir.

Üç ay müddətində məvacibləri 10 və 20% azaltmaqla, səhiyyə sistemində təxminən 52 milyon dollar vəsaitə qənaət edildiyi vurğulanıb.