Moskvada koronavirusa yoluxanların sayı 1226 nəfərə çatdı
30 mart 2020 17:50 (UTC +04:00)

Moskvada koronavirusa yoluxanların sayı 1226 nəfərə çatdı


Rusiya paytxatında yeni növ koronavirusa yoluxanların sayı 1200-ü ötüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hazırda Moskvada COVİD-19 virusuna yoluxanlar 1226 nəfər təşkil edir.  

Son sutka ərzində isə Moskvada 212 nəfərin kornavirusa yoluxduğu bildirilib.  

Qeyd edək ki, martın 30-dan etibarən Moskva və Moskva vilayətində yaşından asılı olmayaraq hamı üçün ev təcridi rejimi tətbiq olunub.

Rusiya hökuməti bütün ölkə ərazisində hamı üçün evtəcridi rejiminin tətbiq etməsini planlaşdırır.

# 672
avatar

Oxşar yazılar