Mayk Taysonun pələngi qadına hücum etdi
30 mart 2020 16:40 (UTC +04:00)

Mayk Taysonun pələngi qadına hücum etdi

Məşhur boksçu Mayk Taysonun saxladığı pələng bir qadına hücum edib.

Lent.az AS. nəşrinə istinadən xəbər verir ki, keçmiş idmançının dediyinə görə, qadın özü günahkardır: “

O özü hasardan aşıb heyvanla oynamaq istəyib. Bu, sadəcə bədbəxt hadisədir.  Mən onun əlinin yaralandığını görən kimi 250 dollar verdim ki, həkimə getsin”.

Tayson onu da deyib ki, Benqal pələngini saxlamaqla səhvə yol verib, çünki onu əhilləşdirmək olmur.

 

# 1216
avatar

Oxşar yazılar