Məşhur futbolçu karantin qaydalarını pozdu və...
30 mart 2020 13:20 (UTC +04:00)

Məşhur futbolçu karantin qaydalarını pozdu və...

İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Cek Qriliş cərimə oluna bilər.

Lent.az  “24tv”-yə istinadən  xəbər verir ki, futbolçu “Instagram” səhifəsində koronavirusla mübarizə çərçivəsində karantinin qaydalarına riayət etmək və evdə qalmaq haqqında bəzi məsləhətlərlə çağırış edib.

Müraciətindən bir neçə saat sonra isə futbolçu özü karantin qaydalarını pozaraq, komanda yoldaşı Ross Makkormakın evinə gedib. Yolda idarə etdiyi “Range Rover” avtomobili ilə qəzaya düşüb. 24 yaşlı futbolçunu məsuliyyətsizlikdə günahlandıran klub rəhbərliyi karantin qaydalarını pozan futbolçuya qarşı cəza tədbirlərinin tətbiq olunacağını elan edib.

 

# 1137
avatar

Oxşar yazılar