“Mançester Yunayted” bu futbolçu üçün 150 milyon avro ödəməyə hazırdı
30 mart 2020 11:14 (UTC +04:00)

“Mançester Yunayted” bu futbolçu üçün 150 milyon avro ödəməyə hazırdı


İspaniyanın “Atletiko” klubunun futbolçusu Saul karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi “Mançester Yunayted” yarımmüdafiəçini heyətinə qatmağa qərar verib.

Böyük britaniyalılar 25 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazırdır. İspaniya millisində 19 oyun keçirən Saul Madrid klubu ilə 2 dəfə Avropa Liqasının, 1 dəfə UEFA Superkubokunun qalibi olub.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxan yarımmüdafiəçi 4 qol vurub.

# 978
avatar

Oxşar yazılar