İtaliyaya köçəcək - şərtlər yaxşı olsa
29 mart 2020 19:32 (UTC +04:00)

İtaliyaya köçəcək - şərtlər yaxşı olsa

İspaniyanın “Atletiko” klubunun hücumçusu Dieqo Kosta karyerasını İtaliyada davam etdirə bilər. Lent.az-ın “Mundo Deportivo” nəşrinə istinadən məlumatına görə, 31 yaşlı forvardla “Roma” yaxından maraqlanır.

“Canavarlar”ın idman direktoru Canluka Petraçi rəhbərliklə söhbətində Kostanın komandaya çox faydalı olacağını bildirib. O deyib ki, nəyin bahasına olur-olsun, bu keçidi həll etmək lazımdır. “Atletiko”nun sərfəli təklif, yaxşı şərtlər qarşılığında Kostanı satacağı bildirilir.

Qeyd edək ki, D.Kosta cari mövsümdə ümumilikdə 19 oyunda 2 qol vurub.

# 2333
avatar

Rizvan Babayev

Oxşar yazılar