Çindən koronavirusla bağlı ŞAD XƏBƏR
29 mart 2020 15:14 (UTC +04:00)

Çindən koronavirusla bağlı ŞAD XƏBƏR

Çin ərazisində koronavirus infeksiyasının yayılması, ümumiyyətlə dayanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu martın 29-da Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsinin rəsmi nümayəndəsi Mi Fen bəyan edib.

“Martın 28-nə olan vəziyyətə görə, təsdiqlənmiş infeksiya ilə yoluxma hallarının sayı 3 mindən azdır, Çin ərazisində epidemiyanın yayılması tamam dayanıb”, - Mi Fen brifinqdə açıqlayıb.

 Son məlumsata görə, Çində epidemiya başlayandan 81 439 yoluxma qeydə alınıb, onların 75 448 nəfəri sağalıb, 3300 nəfər ölüb.

# 774
avatar

Oxşar yazılar