Restoran, kafe və çay evləri işləməyəcək - QƏRARGAH
27 mart 2020 21:31 (UTC +04:00)

Restoran, kafe və çay evləri işləməyəcək - QƏRARGAH

 

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıb.

Lent.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 27 mart tarixli qərarında yer alıb.

Qərarda bildirilir ki, 29 mart saat 00:00-dan etibarən bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın, evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

# 450
avatar

Səlcuq Elçin

Oxşar yazılar