Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar?
27 mart 2020 19:22 (UTC +04:00)

Bir çörəyin sirri: Onu necə qablaşdırıb bizə satırlar?

Bu gün biz sizə çörəyin insan orqanizmi üçün nə qədər vacib və faydalı olduğundan yox, onun necə sanitar-gigiyenik normalara uyğun qablaşdırıllaşmasından danışacağıq.

Hələ sovet dönəmində çörək xüsusi ixtisaslaşdırılmış zavodlarda istehsal olunurdu. Bundan sonra çörək maşınları ilə mağazalara paylanılırdı.

Amma zaman-zaman çörək istehsalında dəyişikliklər ortaya çıxdı. Yeni sexlər əmələ gəldi, hətta çörək növlərinin sayı belə artdı, çörək daşıyan xüsusi maşınları isə köhnə “Jiquli”lər əvəz etməyə başladı. Çörək istehsalçıları bir-biriylə rəqabət apararaq onun keyfiyyətini təkmilləşdirməklə bərabər, realizə formasını da dəyişdilər; çörəyi sellofan və kağız qablara “geyindirməyə” başladılar.

Amma elə istehsalçılar da tapıldı ki, çörəyi nəinki qablaşdırdılar, hətta avtomobilin yük yerində, üzü min üzlər görmüş karton yeşiklərdə  belə daşıyırdılar. Bəzən də elə olurdu ki, avtomobilin yük yeri dolur, bağlanmır və çörək “A” nöqtəsindən “B” nöqtəsinə elə baqaj bağlanmadan daşınırdı. Bu isə öz növbəsində sanitar normaların kobud şəkildə pozulması demək idi.

Əgər əvvəllər bu sahəyə Respublika Gigiyenyia və Epidemiologiya Mərkəzi nəzarət edirdisə, indi səlahiyyət Dövlət Qida Təhlükəsizliyi Agentliyindədir. Bu agentlik yəqin fərqindədir ki, COVİD-2019-un tüğyan etdiyi bir vaxtda bəzi supermarketlər öz yanlarında gildən təndirlər düzəldib və çörək satırlar. Çörək almaq istəyən şəxs isə hər dəfə onlardan birini əlinə götürür, yan yörəsini yoxlayır, daha təzəsini axtarır. İndii təsəvvür edin, bu saysız-hesabsız təndirlərə koronavirusa yoluxmuş bir nəfər yaxınlaşır…

Son tədqiqatlar göstərir ki, COVID-2019, bu və ya digər əşyaların üzəridə bir həftəyədək qala bilər. Elə məhz bu təhlükəylə bağlı Vesti.az-ın əməkdaşı Azərbaycanın baş infeksionisti Cəlal İsayevə müraciət edib:


- Koronavirus bu və ya digər əşyanın üzərində deyil, çörəyin üzərində də aktiv olaraq qala bilir Ona görə də infeksiyaya mübtəla olmuş insan qablaşdırılmamış heç bir əşyaya toxunmamalıdır. Sevindirici haldır ki, bu gün bir çox mağaza və supermarketlərdə çörək qablaşdırılmış şəkildə satılır.

Doktor İsayev hesab edir ki COVID-2019-a tutulmuş birisi qablaşdırılmamış çörəyə toxunarkən onu yoluxduracaq. Və onun yoluxdurduğu virus həmin çörəyin üstündə 4-6 saat müddətində qalacaq.

Baş infeksionistin sözlərinə görə, kiçik mağazalardan tutmuş böyük supermarketlərə qədər istehlakçılar mütləq və mütləq qablaşdırılmış məhsullara üstünlük verməlidirlər.

Araşdırmalar görə çörək və un məmulatları əllə yox, xüsusi maşınlar vasitəsiylə qablaşdırılmalıdır. Amma bir məqam da var ki, bu tip qablaşdırıcılar bəzi istehsalşıların cibinə uyğun deyil. Ona görə də, böyük qisim istehsalçılar əllə həyata keçirilən polietilen qablaşdırmaya üstünlük verirlər.

Amma istisnalar da var. Məsələn, Xətai rayonu ərazisində yerləşən “Zavod №1” çörək zavodu. Sözün həqiqi mənasında, bu zavod qida təhlükəsizliyinə ciddi önəm verir. Zavod bütün beynəlxalq standartlara cavab verən qablaşdırıcı maşına sahibdir. Bu isə “Zavod N1”-in məhsullarından almağa inam yaradır. Şahidlər deyir ki, demək olar, tam avtomatlaşdırılmış bu zavodda ən müasir texnologiyalardan istifadə edilir, çorək insan əli toxunmadan, steril və təmiz gigiyenik şəraitdə hazırlanır. Bu zavodun məhsuluna əli ilə ilk toxunan isə… onu dadan şəxsdir. 

 

# 522
avatar

Oxşar yazılar