971
17:11
27 Mart 2020

Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Lent.az -ın məlumatına görə, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilir:

S/S

Kod

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları

28.

3926200001

Baxillər

29.

4015190001

Steril və qeyri-steril əlcəklər

30.

6307909801

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar

Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.