Bakıda bu marşrut xətti üzrə avtobusların hərəkət cədvəli dəyişib
27 mart 2020 16:30 (UTC +04:00)

Bakıda bu marşrut xətti üzrə avtobusların hərəkət cədvəli dəyişib

Koronavirusun (COVİD-19 ) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı-28 May H1 ekspress marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən H1 ekspress xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək. Həmin gün ekspress xətt avtobusu ilə 28 May metrostaniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. 

Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. 

 

 

 

# 498
avatar

Aygün İbrahimli

Oxşar yazılar