Məcburi köçkünlərin yaşadığı yerlər də dezinfeksiya olundu - FOTO
27 mart 2020 14:04 (UTC +04:00)

Məcburi köçkünlərin yaşadığı yerlər də dezinfeksiya olundu - FOTO

Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində 1153 nəfər məcburi köçkünün məskunlaşdığı 12 binada dezinfeksiya işləri aparılıb. 

APA-nın məlumatına görə, binaların ümumi istifadə yerlərində, giriş blokları və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülüb. Eyni zamanda, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

 

# 264
avatar

Oxşar yazılar