Bakıda ofisdən bahalı televizor oğurlandı
25 mart 2020 12:35 (UTC +04:00)

Bakıda ofisdən bahalı televizor oğurlandı

Nəsimi rayonunda ofisdən oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, martın 23-də rayon ərazisindəki ofislərin birindən 6455 manat dəyərində 1 ədəd televizor, 2 ədəd kompüter, parfümeriya və kofe aparatı oğurlanıb.

Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılıb.

# 354
avatar

Mehman Nəbiyev

Oxşar yazılar