İki il əvvəl oğurluq edən qadın tutuldu
25 mart 2020 12:44 (UTC +04:00)

İki il əvvəl oğurluq edən qadın tutuldu

Binəqədidə avtomobildən oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata əsasən, hadisə 2018-ci il martın 10-da rayon ərazisində baş verib. Bu il martın 23-də rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Əkbərov “Mercedes” markalı avtomobilindən 3000 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Əliyeva saxlanılıb.

# 222
avatar

Mehman Nəbiyev

Oxşar yazılar