Azərbaycanda cinayət törədən 29 nəfər saxlanıldı
25 mart 2020 12:17 (UTC +04:00)

Azərbaycanda cinayət törədən 29 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

# 396
avatar

Mehman Nəbiyev

Oxşar yazılar