Karantin günləri cinayətlərin SAYI ARTIB
25 mart 2020 11:16 (UTC +04:00)

Karantin günləri cinayətlərin SAYI ARTIB

Karantin günlərində dünya ölkələrində qadına şiddət artıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, son 2 ayda karantin altında qalan bəzi ölkələrdə qadına şiddətin artdığına dair açıqlamalar yayılır. Birləşmiş Millətlər Təşkilatının sənədində Çində təkcə fevral ayında ailədaxili cinayətlərin 3 dəfə artması qeyd olunub.

Almaniya hökuməti də karantin günlərində qadına şiddətin artdığını və həmin qadınların otellərə yerləşdiriləcəyini açıqlayıb. ABŞ-ın Filadelfiya ştatında yerləşən qadın hüquqlarınnı bərpası mərkəzi karantin günlərində təcavüzlərin və şiddətin 30 faiz artdığını bildirib. Avstriyanın ədliyə naziri Alma Zadiç bu günlərdə qadına şiddətin arta biləcəyini və belə olacağı təqdirdə həmin kişilərin edən qovulacağını vurğulayıb.

Türkiyədə son 10 gündə 10 qadını əri öldürüb. Qadın hüquqlarının qorunması ilə bağlı bir sıra təşkilat rəhbərləri isə qadına şiddətin ən çox olduğu və ən təhlükəli yerin ev olduğunu bildiriblər. Onlar bildiriblər ki, əvvəlki hallarda qadınlar şiddətə məruz qaldığı evdən qaça bilirdisə, karantin tətbiqi ilə əlaqədar bu mümkün deyil.

# 603
avatar

Mehman Nəbiyev

Oxşar yazılar