233
07:20
25 Mart 2020

İtaliyada karantin qaydalarını pozanlar 3 min avroya qədər cərimələnəcək

“İtaliya Nazirlər Şurası koronavirus pandemiyasına qarşı hökumət tərəfindən tətbiq edilmiş qaydaları pozanlara qarşı cəzaların artırılması ilə bağlı qərar qəbul edib”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu televiziyada çıxışı zamanı Baş nazir Cüzeppi Konte deyib.

O bildirib ki, cərimələr 400-dən 3 min avro arasında təsdiq edilib.