“ÜST koronavirusa görə Azərbaycanda hələlik həyəcan siqnalı elan etməyib” - Rəsmi
23 mart 2020 22:18 (UTC +04:00)

“ÜST koronavirusa görə Azərbaycanda hələlik həyəcan siqnalı elan etməyib” - Rəsmi

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələlik Azərbaycanda həyəcan siqnalı elan olunmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

H. Hacıyev deyib ki, buna səbəb hələ Çinin Uhan şəhərində koronavirus yayılarkən Prezident İlham Əliyevin tapşırığı ilə qabaqlayıcı tədbirlərin görülməsinə başlanmasıdır: “ÜST tərəfindən Azərbaycanın qlobal pandemiya problemini çoxtərəfli əməkdaşlıq müstəvisində görməsi qiymətləndirilir. ÜST-lə bərabər, digər beynəlxalq təşkilatların da səylərini səfərbər etməsinə ehtiyac var. Azərbaycan da hər fürsətdən istifadə edərək bu məsələni qaldırır”.

# 339
avatar

Oxşar yazılar