78596
11:33
19 Mart 2020

Əhalinin NƏZƏRİNƏ: Rayonlardan Bakıya yalnız bu tarixdə gələ biləcəksiniz - RƏSMİ

“Martın 19,20 və 21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi iş qaydasında fəaliyyət göstərəcək”.

Bu sözləri şəhərlərarası reyslərin fəaliyyəti barədə Lent.az -a danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, regionlardan Bakıya daxilolma martın 28 və 29-da təmin ediləcək:

“Martın 19,20 və 21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi iş qaydasında fəaliyyət göstərəcək. Həmin tarixlərdə qeydiyyat yerindən asılı olmayaraq, hər kəsin regionlara səfər etməsi mümkün olacaq. Ancaq regionlardan avtobusların Bakıya daxil olması martın 28 və 29-da təmin ediləcək. Bu zaman Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçi qrupu tərəfindən həmin sərnişinlərin şəxsiyyət vəsiqələri avtovağzallarda yoxlanılacaq. Qeydiyyat ünvanı Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu olan sərnişinlər avtobuslarla Bakıya daşınacaq. Ortada qalan müddətdə isə əgər ehtiyac yaranarsa, reyslərin aktiv olunması məsələsi müzakirə olunacaq”.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri üçün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayon qeydiyyatlı olmayan şəxslərin Bakıya girişi müvəqqəti qadağan edilib. Bu gündən etibarən paytaxtın bütün giriş-çıxış nöqtələrində postlar qurulub və hərəkət vəsiqələrin yoxlanılması ilə həyata keçirilir.