3092
19:12
19 Mart 2020

Koronavirusla bağlı dünyaya ÇAĞIRIŞ: "Dəhşətli problemlə üz-üzəyik"

Almaniyanın kansleri Angela Merkel koronavirusla əlaqədar dünyaya çağırış edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yerli televiziyalardan birində çıxış edən hökumət başçısı xalqdan virusdan qorunma qaydalarına əməl etməsini istəyib. Koronavirusla mübarizənin tarixi əhəmiyyətli olduğunu deyən Merkel, əhalini son dərəcə ehtiyatlı olmağa səsləyib:

“Almaniya olaraq, İkinci Dünya Müharibəsindən bu günə qədər görünməmiş bir təhlükə ilə qarşı-qarşıyayıq. Hər kəs qaydalara riayət etməlidir. Qarşılıqlı mübarizə aparmalıyıq. Önümüzdəki həftələr daha da çətin olacaq. Əvvəllər belə bir problem yaşamasaq da, ürəkli və məntiqli davranışımızla həyatı qurtarmağımızı göstərməliyik”.