1024
12:29
18 Mart 2020

İranda 103 yaşlı qadın koronavirusdan sağaldı

İranın Simnan şəhərində 103 yaşlı bir qadın koronovirusdan müalicə olunan ikinci ən yaşlı insan olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, юəhərin Sağlamlıq Universitetinin rektoru Nevid Danayi koronavirusa yoluxan 103 yaşlı qadının müalicədən sonra evinə buraxıldığını açıqlayıb.

Xəstənin kim olduğunu açıqlamayan tibb işçisi onun bir həftэ Sinan Kəvsər Xəstəxanasında müalicə olunduğunu vurğulayıb.

Qeyd edək ki, ötən həftə Çində də 103 yaşında bir qadın müalicə olunmuşdu. Bundan başqa, Çinin Uhan şəhərində 100, İranın Bəm şəhərində 91 yaşlı qadın koronovirusdan sağala bilib.



Dİgər xəbərlər