572
11:52
17 Mart 2020

ABŞ-da seçkilərin ilkin mərhələsi: Co Bayden irəlidə

ABŞ-da bu il keçiriləcək prezident seçkilərinin birinci mərhələsi başa çatıb.

Lent.az xəbər verir ki, “The New York Times” nəşrinin yaydığı məlumata görə, martın 10-da keçirilən seçkilərin ilkin mərhələsində ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden qalib gəlib.

Belə ki, Demokratlar partiyasının sədri Miçiqan, Missipi, Aydaho və Missuri ştatlarında, onun rəqibi Berni Sanders isə Şimali Dakota ştatında səs çoxluğu qazanıb.

Qeyd edək ki, Co Bayden seçkilərin birinci mərhələsində 38 faiz, Berni Sanders isə 36 faiz səs toplaay bilib.