Zidanın həmyerlisi ilə bağlı planı: danışıqlar başlandı
16 mart 2020 11:09 (UTC +04:00)

Zidanın həmyerlisi ilə bağlı planı: danışıqlar başlandı

 

“Real”da icarə əsasında çıxış edən, transfer hüququ isə PSJ-yə məxsus olan Alfons Areola “kral klubu”ndan yeni təklif alıb. 

Lent.az-ın “Marca”ya istinadən məlumatına görə, madridlilər fransalı qapıçının transfer hüququna birdəfəlik yiyələnmək istəyirlər.

Areolanın çıxışı “Real”ın baş məşqçisi Zinəddin Zidanı tam qane edir. O, həmyerlisinin “qalaktikos”un əsas qolkiperi Tibo Kurtuanın layiqli əvəzləyicisi olduğunu düşünür, bu səbəbdən Areolanın “Real”da qalmasının tərəfdarıdır. Klub rəhbərliyi qarşı tərəflə bu yöndə danışıqlara start verib.

Qeyd edək ki, A.Areola “Real”da cəmi 8 oyun keçirib.

# 963
avatar

Rizvan Babayev

Oxşar yazılar