“Liverpul”un qulağından iraq: mövsümün ləğvini istəyirlər
13 mart 2020 16:43 (UTC +04:00)

“Liverpul”un qulağından iraq: mövsümün ləğvini istəyirlər

 

İngiltərənin “Tottenhem” və “Vest Hem” klubları qeyri-adi təklif irəli sürüblər. 

Lent.az-ın məlumatına görə, onlar Premyer Liqanın cari mövsümünün ləğv olunmasını istəyirlər.

Bu barədə xəbəri jurnalist İven Makkenna yayıb. Bildirilir ki, təklif bütün dünyanı qorxuya salan koronavirus infeksiyası ilə əlaqədar edilib. Bununla belə, çempionluğu böyük ölçüdə təmin etmiş “Liverpul”un haqqını tapdalamamaq üçün təklifin qəbul edilməyəcəyi gözlənilir.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən İngiltərə Premyer Liqasının oyunları dayandırılıb. Çempionatın 4 aprel tarixinədək dayandırıldığı bildirilib.

# 1003
avatar

Rizvan Babayev

Oxşar yazılar