1029
16:38
11 Mart 2020

Bu ölkənin səhiyyə naziri koronavirusa yoluxdu

Böyük Britaniyanın Səhiyyə naziri Nadin Dorris koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “Guardian” məlumat yayıb.

N. Dorris koronavirusa yoluxan ilk parlamentari olub. Nazir bütün müvafiq tədbirləri görərək evində karantinə alınıb.

N. Dorrislə ünsiyyətdə olan insanlar nəzarətdə saxlanılır. Nəşrin məlumatına görə, o, ötən həftə Beynəlxalq Qadınlar günü münasibətilə Baş Nazir Boris Consonun qəbulunda olub.

Koronavirus təhlükəsi ilə əlaqədar parlamentin fəaliyyətinin dayandırılması haqda hər hansı planın olmadığı bildirilir.

Qeyd edək ki, Böyük Britaniyada 382 nəfər koronavirusa yoluxub, 6 nəfər xəstəlikdən ölüb.