16:28
10 Mart 2020

Çempionlar Liqası və Avropa Liqasının oyunları dayandırılır?

Çempionlar Liqası və Avropa Liqası turnirləri başa çatdırılmaya bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA rəhbərliyi koronavirus üzündən avrokubokların dayandırılması variantını nəzərdən keçirir.

Turnirlərin 1/4 final mərhələsindən dayandırılmasını götür-qoy edilir. Hazırda Çempionlar Liqası və Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir. 1/4 finalın ilk oyunları aprelin 7-9-da, cavab matçları 14-16-da baş tutmalıdır.

Artıq 1/8 finalın bəzi oyunlarının tamaşaçısız keçirilməsi barədə qərar qəbul olunub. Çempionlar Liqasında PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) və “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), Avropa Liqasının “İnter” (İtaliya) – “Xetafe” (İspaniya), “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə), “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) qarşılaşmaları boş tribunlar önündə təşkil olunacaq.

Qeyd edək ki, 110 mindən artıq insanın yoluxduğu koronavirusdan 3,8 mindən çox adam ölüb.

Dİgər xəbərlər