13:52
10 Mart 2020

Messi həbs edilən Ronaldinyoya yardım əlini uzatdı


Argentina yığmasının və "Barselona"nın hücumçusu Lionel Messi sabiq komanda yoldaşı Ronaldinyoya kömək etməyə qərar verib.

Lent.az -ın məlumatına görə, 32 yaşlı futbolçu hazırda həbsdə olan “sambaçı”ya yardım əlini uzadıb.

Messi Ronaldinyo və onun qardaşının həbsdən azad edilməsi üçün vəkil tutub. Leo prosesin nəticəsinin uğurlu olması üçün 4 milyon avro xərcləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Ronaldinyo və qardaşı saxta pasport təqdim etdiklərinə görə Paraqvayda saxlanılıblar. Saxta sənədlərin hazırlanmasında ittiham edilən “Ronni” barədə 6 aylıq həbs qərarı verilib.

Dİgər xəbərlər