
Bakıda 8 mart yürüşünə icazə verildi
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının martın 2-də “8 Marş - Bizimdir Hürr Küçələr” yürüş keçirməklə bağlı müraciətinə cavab verib.
APA-nın məlumatına görə, cavabda qeyd edilib ki, yürüşün keçirilməsi üçün müraciətdə qeyd olunan ərazi əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədə müvafiq deyil.
Yürüşün keçirilməsi üçün alternativ yer olaraq müraciət edənlərə martın 8-də, saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazası”nın yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.
Qeyd edək ki, Azərbaycan Feminist Hərəkatı martın 2-də martın 8-də 15:00-da Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün BŞİH-ə müraciət edib.

Oxşar yazılar

Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO
27 yanvar 2021 , 21:06
Putin Qarabağla bağlı 10 noyabr bəyanatından DANIŞDI
27 yanvar 2021 , 16:21
"Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması müzakirə olunacaq" - Hikmət Hacıyev
27 yanvar 2021 , 15:32
İlham Əliyev Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin olunan Aydın Kərimovu qəbul edib
27 yanvar 2021 , 14:28
Hərbçilər Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar - Prezident
27 yanvar 2021 , 14:23
Prezident Şuşaya xüsusi nümayəndə təyin etdi
27 yanvar 2021 , 13:05
AŞPA Katibliyinə qadın rəhbərlik edəcək - 72 ildən sonra...
27 yanvar 2021 , 03:30
AŞPA Ermənistanın düzəlişlərini RƏDD ETDİ
27 yanvar 2021 , 00:18