8177
15:07
03 Mart 2020

Hindistanlı siyasətçilərdən koronavirusa qarşı AĞLAGƏLMƏZ DƏRMAN

Hindistanda siyasətçilər yeni növ koronavirus (Kovid-19) xəstəliyinə nəzarət etmək üçün inək sidiyindən istifadə etməyi təklif ediblər.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistan mətbuatında yer alan xəbərlərə görə, Assam əyalətindəki hakim Hindistan Xalq Partiyasından (BJP) olan millət vəkili Suman Haripriya, inək sidiyinin təsirli bir dezinfeksiyaedici olduğunu və yeni növ koronavirusun müalicəsində istifadə oluna biləcəyini təklif edib: “Hamımız bilirik ki, inək ifrazatı çox faydalıdır. Eynilə inək sidiyi ətrafı təmizləyir. İnanıram ki, Kovid-19-a qarşı inək sidiyi, inək nəcisindən istifadə etməklə bir müalicə üsulu tapmaq mümkündür”.

Qeyd edək ki, ötən il dekabrın 12-də Çinin Hubey əyalətinin Uhan şəhərində aşkarlanan Covid-19 qısa müddət ərzində digər şəhər və ölkələrə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda Kovid-19 üçün qlobal risk səviyyəsini "yüksəkdən" "çox yüksək" səviyyəsinə qaldırıb. "Covid-19"-dan 3 min 116 nəfər ölüb, onlardan 2 min 945-i Çində olub, virusa yoluxanların sayı 90 mini keçib.