562
07:20
01 Mart 2020

Fransada koronavirusa yoluxanların sayı 100 nəfərə çatdı

Fransada koronavirusa yoluxanların sayı 100 nəfərə yüksəlib.

APA "France Info" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon bildirib.

Qeyd edilib ki, hazırda Fransada bu xəstəliklə 86 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 9-nun vəziyyəti ağırdır. Digər 12 nəfər artıq sağalıb, 2 nəfər isə ölüb.