Yol polisi yanğın təhlükəsizliyi ilə bağlı sosial çarx hazırlayır
29 fevral 2020 17:05 (UTC +04:00)

Yol polisi yanğın təhlükəsizliyi ilə bağlı sosial çarx hazırlayır

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və "Avtosfer.az" saytı Kaspi Yıldız şirkəti ilə birlikdə yanğın təhlükəsizliyi ilə bağlı sosial çarx hazırlayır.

Artıq bununla bağlı çəkilişlər aparılıb. Videoçarx yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri yanğınsöndürən balondan istifadə qaydaları ilə bağlı maarifləndirmək, eləcə də həmin balonun avtomobildə olmasını təmin etməyə təşviq etməkdir.

Onun sözlərinə görə, son illər avtomobillərin hərəkətdə olarkən və dayanarkən qəflətən yanması halları tez-tez baş verir: "Bu isə yol polisini narahat edir. Sosial çarxın çəkilməsində məqsəd odur ki, sürücülər yanğınsöndürən balonun avtomobildə olmasının əhəmiyyətini dərk etsinlər və öz əmlaklarına qarşı laqeyd yanaşmasınlar. Təxminən 17-20 manat qiymətində olan bu balon dəyəri onminlərlə ölçülən əmlakın xilas edilməsi üçün əvəzedilməzdir. Yol polisi sürücülərə tövsiyyə edir ki, həmin balonların avtomobildə olmasını təmin etsinlər".

 

 

# 978
avatar

Oxşar yazılar