Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşdi - QƏRAR
29 fevral 2020 16:41 (UTC +04:00)

Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşdi - QƏRAR

Baş Nazir Əli Əsədov ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar imzalayıb.

Lent.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qərara əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı şagird sayı 1000-dək olduqda, 1 vahid;  şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; şagird sayı 3000-dən çox olduqda, 3 vahid  müəyyən edilib.

Qərarda göstərilib ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.

 

# 1662
avatar

Aygün İbrahimli

Oxşar yazılar